Elm | Ölüm bədəndə belə yayılır – FOTO

Elm | Ölüm bədəndə belə yayılır – FOTO
  26 İyul 2013    Oxunub:1854
Britaniyanın “Wellcome Trust” fondunun araşdırmaçıları ölüm anında olan soxulcanların üzərində təcrübələr aparıblar. Bəlli olub ki, ölərkən soxulcanın bədəninin daxilində mavi işıqlanma yayılır. Araşdırmaçıların fikrincə, bu kəşf insan orqanizmində ölümün yayılma mexanizmini anlamaq üçün də faydalı olacaq.
Ayrı-ayrı hüceyrələr öləndə onlarda kimyəvi reaksiyalar gedir. Bu reaksiyalar nəticəsində hüceyərlərin daxili quruluşu dağılır. Bu prosesin molekulyar mexanizmi alimlər tərəfindən kifayət qədər yaxşı öyrənilib. Amma ölümün bütün hüceyrələrə necə yayılması aydın deyildi.

Ölümün başqa hüceyrələrə yayılıması prosesi mikroskop altında mavi işığın yayılması kimi görünür. Bu işıqlanma soxulcanın bütün hüceyrələrində ölüm mexanizminin işə düşməsinə səbəb olub.

Londonun Sağlamlıq İnstitutunun mütəxəssisi, professor Devid Cems deyir ki, bununla da onlar hüceyrələrin ölümünə yol açan prosesin kimyəvi yolla necə yayılmasını kəşf ediblər. “Əgər bu yayılmanı bloklasaq, ölümün orqanizmdə yayılmasının qarşısını ala bilərik. Amma bu halda söhbət qocalığın gətirdiyi ölümdən yox, məsələn, infeksiyaların doğurduğu ölümdən gedir. Qocalığın gətirdiyi ölüm zamanı bir neçə proses parael getdiyindən, bu, daha mürəkkəb mexanizmdir”,- deyə Cems bildirib.

Alim qeyd edib ki, teziklə onlar insan orqanizmdə də anoloji araşdımalara başlayacaqlar.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti